Yazıçı haqqında

Maqsud İbrahimbəyov – Azərbaycanın Xalq yazıçısı, dramaturq, ssenarist, publisist, Milli Sülh Komitəsinin sədri, Azərbaycan Respublikası Parlamentinin deputatı (1985-2010), Luiziana ştatının (ABŞ) fəxri senatoru, «Azərbaycan-Rusiya» cəmiyyətinin prezidenti, Sülh səfiri. Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakıda anadan olub. Atası – Məmmədibrahim İbrahimbəyov, anası – Fatma İbrahimbəyova (Məşədibəyova). Maqsud İbrahimbəyov 1960-cı ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu inşaatçı ixtisası ilə bitirib. Bundan sonra Mərkəzi radioda xüsusi müxbir vəzifəsində çalışaraq dövri mətbuatda hekayələrini dərc etdirməyə başlayıb. 1964-cü ildə Moskvada Ali ssenari, 1973-cü ildə isə Ali rejissorluq kurslarını bitirib.
Mərkəz haqqında

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin əsas fəaliyyət istiqaməti həm ədəbiyyat, həm də incəsənətin digər növləri ilə bağlı müxtəlif mədəni tədbirlərin təşkili və keçirilməsi ilə bağlıdır. Bu kitab təqdimatları, təhsil və əyləncə tədbirləri, ustad dərsləri, ədəbi gecələr, teatr tamaşaları, uşaqlar üçün müxtəlif mövzularda mühazirələr və s. vasitəsilə Mərkəz ölkənin yaradıcı elitası ilə Azərbaycanın digər mədəni təşkilatları ilə sıx əməkdaşlıq edir – eləcə də, istedadlı gənclərlə onların özünü realaşdırması üçün kömək edir.
Mərkəzin divarları arasında 20-ci əsrin əvvəlində əfsanəvi ədəbi dərnəklərinin və eyni zamanda 21-ci əsrin kreativ məkanlarının abu-havasi yaradılıb.
Tədbirlər / Xəbərlər
Ədəbi müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Shahin Novrasli Festival 2026 çərçivəsində keçirilən ədəbi müsabiqənin ...
“Bizim Maqsud müəllim” tamaşasının yekun məşqi
Tamaşaçıların adətən görmədiyi həmin xüsusi anlar… “Bizim Maqsud müəllim” tamaşasının yekun məşqi və tamaşaçı ilə ...
“Püstə ağacı” monotamaşası
Mərkəzimizdə Oxbridge Academy Azerbaijan şagirdləri Maqsud İbrahimbəyovun əsəri əsasında hazırlanmış “Püstə ağacı” ...
Xeyriyyə məqsədli musiqi ustad dərsi
“Qüsursuz Nitq” nitq və psixologiya inkişaf mərkəzinin xeyriyyə məqsədli musiqi ustad dərsi Maqsud İbrahimbəyov Yaradıcılıq ...
Anna İbrahimbəyovanın “Bir anın əbədiliyi” adlı sərgisi
D’ART Gallery-də Anna İbrahimbəyovanın “Bir anın əbədiliyi” adlı sərgisi “Sevgi və sənətlə isinən evlər” layihəsi ...
Yeni layihə — “Maqsudun Zamanı”
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində yeni layihə — “Maqsudun Zamanı”na start verildi. İlk görüş Azərbaycanın ...
Tərəfdaşlar































