Введите слова для поиска

9 May – Qələbə Günü

9 May – Qələbə Günü

9 May – Qələbə Günü

Heç kəsə sirr deyil ki, İkinci dünya müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmış, Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı.

Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.

Bu gün onlar artıq həyatda olmasalar belə, qəhrəmanlıqları, həyat hekayələri dillər əzbəridir və hər bir azərbaycanlı 15 sovet respublikasının yüzlərlə xalqı arasından öz mərdliyi ilə seçilən sələfləri sayəsində başıucadır.

“İçərişəhər” DTMQİ olaraq xalqımızı 9 May – Qələbə Günü münasibətilə təbrik edir, həlak olan və dünyasını dəyişən bütün igid övladlarının ruhu qarşısında baş əyir, həyatda olanlara cansağlığı arzu edirik.