Введите слова для поиска

Açıq dərs- “Bütün yaxşılıqlara görə-ölüm”

Açıq dərs- “Bütün yaxşılıqlara görə-ölüm”

Açıq dərs- “Bütün yaxşılıqlara görə-ölüm”

Yeni və keçmiş nəslin arasında ədəbiyyat körpü sala bilərmi – bu bəlkə də müasir şagirdlər üçün uzaq və anlaşılmaz gələ bilər. Ola bilər, istedadlı və əbədi mövzulara həsr olunsa. Bunun əyani sübutu bu gün Mərkəzimizdə “Oxbridge” Akademiyasının şagirdləri üçün keçirilən açıq dərs oldu.

Məktəblilər bu yaxınlarda oxuduqları Maqsud İbrahimbəyovun “Bütün yaxşılıqlar görə – ölüm” hekayəsini müzakirə etdilər, fikirlərini bildirdilər, mübahisə etdilər… Öz qavrayışları və tamamilə yetkin mühakimələri ilə bizi təəccübləndirdilər.

Həmçinin uşaqlar Maqsud İbrahimbəyovun muzeyi ilə tanış oldular, viktorinada qalib oldular və geri qayıdacaqlarına söz verdilər.