Введите слова для поиска

Axırı yaxşı qurtaran əhvalat

Maqsud İbrahimbəyov

Axırı yaxşı qurtaran əhvalat

Tərcüməçi:Murad Muradlı

Redaktor: Səlim Babullaoğlu

Korrektor: Həcər Telmanqızı

Personajlarla real şəxslər arasındakı bütün oxşarlıqlar

 tamamilə təsadüfi xarakter daşıyır.

Müəllif

Baharın gəlişi ilə bərbərxanada qadın söhbəti də başladı.

– Qadını qadın eləyən yerişidir, –müştərinin üzünü  şövqlə ovuşduran gənc bərbər Avtandil bu vaxtı Raufun üzünü qırxan masa qonşusu Ağasəfə dedi. – Onun yerişi isə, – Avtandil başıyla qadın salonuna işarə elədi, – adamı dəli eləyir . Hər həftə gəlir. O gələndə bütün işlərimi atıb, tamaşa eləməyə gedirəm.

– Bu gün də gəlmişdi! – üzü ovuşdurulan inamlı səslə bəyan etdi.

– Yarım saat əvvəl getdi. Siz haradan bildiniz?

– Başa düşdüm də… – müştəri hirslə cavab verdi. – Üçüncü dəfədir ki, üzümə odekolon fısqırdırsan. Elə bilirsən, xoşuma gəlir?

Читать далее