Bakı Xanlar Evinin bərpa-konservasiyası
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Xanlar Evinin bərpa-konservasiyası, eləcə də, ərazidə yeni parkın salınması istiqamətində, habelə arxeoloji qazıntılar zamanı aşkarlanmış yeraltı hamam və görülən işlərlə tanış olublar.