Введите слова для поиска

Balti̇mor skunsu

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİN DEPUTATI

ABŞ-ın LUİZİANA ŞTATININ FƏXRİ SENATORU

I hissə

Amerikanın Baltimor şəhərində yaşayan bakılı dostlarım bu yaxınlarda mənə zəng vurub xəbər verdilər ki, Baltimor qəzetlərindən birində Ramis Yunusov imzalı birisinin Azərbaycan haqqında məqaləsi dərc olunub: “Azərbaycansayağı leninizm”.

Bakılı dostlarım qanıqara danışırdılar. Dedilər ki, məqalə başdan-başa yalan və iftiradır, qərəzçilik ruhunda yazılıb. Onu tərcümə edib mənə göndərəcəklərini bildirdilər və “mütləq oxu” söylədilər. Doğrudan da, “Azərbaycansayağı leninizm” məqaləsini heç bir vəchlə xeyirxah niyyətli, üstəlik də həqiqəti əks etdirən yazı hesab etmək olmaz. Şəxs adları və coğrafi obyektlər istisna olmaqla, məqalədə barəsində danışılan hər şey homo sapiensin yaşaması üçün ən adi şəraitin belə olmadığı hansısa vəhşi ölkədə baş verə bilən əməllərə və hadisələrə daha çox bənzəyir. Açıq-aşkar görünür ki, bu yazı heç vaxt Azərbaycanda olmamış və bu ölkə barədə bütün bilgiləri televiziya və qəzetlər vasitəsilə alan oxucular üçün nəzərdə tutulub.