“Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi”
Latviya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi və Norveç Krallığının Ankaradakı Səfirliyi birgə “Qız Qalası. Qadın olmaq” layihəsinin davamı olaraq, gender bərabərliyi mövzusunda “O” Beynəlxalq Müasir İncəsənət Layihəsini təşkil edir.
Həmin festival çərçivəsində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində müasir Azərbaycan yazıçısı İsmayıl İmanın “Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” pyesi əsasında tamaşa nümayiş olunacaq. Tamaşa Azərbaycanda əsas gender problemlərindən birinə toxunur. Tamaşa üç qəhrəmanın – Yeniyetmə qızın, Gənc qızın və Gənc qadının monoloqları üzərində qurulub. Detalları uyğunlaşdıraraq, izləyici bu insanların müxtəlif yaşlarda eyni qəhrəman olduğunu təxmin edir…
Tamaşanın quruluşçu rejissoru Tərlan Rəsulovdur.