Введите слова для поиска

Hər kəs dəvətlidir!

Hər kəs dəvətlidir!

Hər kəs dəvətlidir!

Sizi Maqsud İbrahimbəyovun “Uşaqlığın son gecəsi” hekayələr toplusunun təqdimatına dəvət edirik!

12 hekayədən ibarət kitab “3 alma” nəşriyyatında rus, azərbaycan və ingilis dillərində çap olunub.

Bundan əlavə, “Püstə ağacı”, “Timka ilə bizim neftimiz”, “Əlvida, Miledi” və “Müharibənin 1001-ci gecəsi” əsərləri üzrə dörd audiokitab təqdim edəcəyik. Hekayələrin audio versiyaları da üç dildə yazılıb.Həmçinin təqdimatın qonaqlarını peşəkar aktyorların ifasında qısa teatrlaşdırılmış oxunuş və Maqsud İbrahimbəyovun bütün kitablarına 20% endirim gözləyir!

Təqdimat yanvarın 30-da Gənclik Mall-dakı Libraff mağazasında baş tutacaq.

Başlama vaxtı: 15:30

Maqsud İbrahimbəyovun yaradıcılığının bütün pərəstişkarlarını onun gənc, lakin bir o qədər də müdrik və nəcib qəhrəmanları ilə yenidən görüşmək, ünsiyyət qurmaq, gülmək və düşünmək üçün gözləyirik…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir