Leyla Begim Jafarovanın pyesi əsasında “İmmolatio” (“Qurban”) tamaşasının premyerası
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Leyla Begim Jafarovanın pyesi əsasında “İmmolatio” (“Qurban”) tamaşasının premyerası keçirilib.
Rejissor Vaqif Əsədovun Nəsimi Festivalı çərçivəsində yaratdığı bu tamaşada orta əsrlərin iki böyük maarifçisi-İmadəddin Nəsimi və Yan Qus bir araya gəldi. Onlar həyatda heç vaxt görüşməsələr də ,lakin taley özləri arasında əsrarənqiz oxşarlıq yaradıb – eyni il doğulan və onların inancları üçün şəhidliklə bitən…
Üç gün, gündə iki tamaşa Rus və Azərbaycan dillərində keçirilir.. Qonaqlar arasında bir çox xarici dövlətlərin səfirləri, festivalın ideya ilhamçısı Leyla Əliyeva, rejissorlar, yazıçılar, digər sənət adamları vardır. Tamaşaçıların qəhrəmanlarının ardınca bir otaqdan digərinə, mərtəbədən mərtəbəyə doğru hərəkət etməsi və özünü baş verənlərin iştirakçısı kimi hiss etməsi və bir çox əsrlər əvvəl keçmək imkan verdi. Mərkəzimizin direktoru Anna İbrahimbəyova təqdimatından sonra tamaşanın interaktiv olması sayəsində baş verənlərə tam təsiredici effekt əldə edildiyini söylədi.
Heç bir mübaliğəsiz demək olar ki, tamaşa tamaşaçılara çox güclü təsir bağışladı və bizim Mərkəzimiz bu cəsarətli və parlaq yaradıcılıq eksperimentinə öz aidiyyəti ilə fəxr edir.