Mərkəzimiz 1-ci ildönümünü – 5 illik yubileyini qeyd edir!

“Gözəl günlərin birində”… Bu əlamətdar tarix haqqında düşünəndə Maqsud İbrahimbəyovun bu hekayəsinin adı yada düşür. 2018-ci ilin mart ayının gözəl günlərindən birində Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzinin açılışı baş tutdu.
O gün, mübaliğəsiz, gözəl idi, biz Mehriban xanım Əliyevanın iştirak etdiyi və onun bilavasitə iştirakı və əvəzsiz köməyi ilə Mərkəzimizin yaradıldığı möhtəşəm açılışın hər dəqiqəsini xatırlayırıq.
Həmin gün nə qədər həyəcanlı olduğumuzu, yazıçının həyat yoldaşı Anna xanım İbrahimbəyovanın bütün sevgisini qoyduğu Yaradıcılıq Mərkəzinə nə qədər ümid bağladığımızı xatırlayırıq. Və bütün ümidlərimizin özünü doğrultduğunu və hazırda Mərkəzimizin 1-ci ildönümünü – 5 illik yubileyini qeyd etmək daha sevindiricidir!
Rəngarəng, dolğun, maraqlı və məhsuldar beş il ötüb keçdi. Biz kitablar nəşr etdik, tamaşalar hazırladıq, sosial və maarifləndirici layihələr həyata keçirdik, böyük festivallarda iştirak etdik. Ən əsası isə sevinc bəxş etdik və yeni dostlar qazanmış olduq.
Hazırda bizimlə olduğunuz üçün hamınıza təşəkkür edir və və gələcəkdə də birlikdə olacağımıza ümid edirik. Maraq və dəstəyinizə görə sizlərə minnətdarıq. İnanırıq ki, Mərkəzimizi hələ çox gözəl günlər və nailiyyətlər gözləyir.