Введите слова для поиска

Zəfər Günü!

Zəfər Günü!

Zəfər Günü!

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, 27 sentyabr 2020-ci ildə başlanan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, habelə digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü təmin edildi, bir milyona yaxın azərbaycanlı məcburi köçkünlərin öz doğma evlərində yaşamaq hüququ bərpa edildi.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu #Cəbrayıl, #Füzuli, #Zəngilan, #Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində və mədəniyyətində xüsusi yeri olan #Şuşa şəhəri də daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi olaraq torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın ruhu qarşısında baş əyir, müharibə iştirakçılarına cansağlığı arzu edir, xalqımızı Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik. Qoy bayrağımız Qarabağın hər qarışında əbədi olaraq dalğalansın!

Yaşasın #Azərbaycan xalqı! Yaşasın Azərbaycan Ordusu!

#QARABAĞAZƏRBAYCANDIR!