Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş breyn-rinq yarışı

15.05.2025-ci il tarixində E.Quliyev adına 145 nömrəli tam orta məktəbdə Rus dili fənn aylığı çərçivəsində müəllim Məmmədova Elnarənin təşkilatçılığı ilə 9-cu siniflər arasında görkəmli yazıçı, ssenarist və ictimai xadim Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş breyn-rinq yarışı keçirildi.
Yarış zamanı şagirdlər İbrahimbəyovun zəngin ədəbi irsi, kino sahəsindəki töhfələri və vətənpərvər mövqeyi barədə biliklərini nümayiş etdirdilər.
Tədbir iştirakçılarda həm intellektual inkişafı stimullaşdırdı, həm də rus dili və ədəbiyyatına olan marağı artırdı.
Aktiv və bilikli komandalar arasında rəqabət ruhu tədbirə xüsusi rəng qatdı.
#sinifdənxaric#BŞTİ#MÜTDA#EduAz
#145nömrəliməktəb#Maqsudİbrahimbəyov#RusDiliFənnAylığı#BreynRinq#Təhsildəİnkişaf#İntellektualYarış#ŞagirdHəyatı#AzərbaycanƏdəbiyyatı