Введите слова для поиска

Yaradılış tarixi, konsepsiya

Yaradılış tarixi

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi 2018-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən şəxsən yaradılıb. Bu mərkəzə rəhbərlik edən yazıçının həyat yoldaşı Anna İbrahimbəyova mərkəzin yaradılmasının təşəbbüskarı olub. 

Mərkəz rəsmi şəkildə 2018-ci il fevralın 1-də Azərbaycanın prezidenti İlham Əliyevin fərmanından sonra fəaliyyətə başlamışdır.

Anna İbrahimbəyova Mərkəzə Maqsud İbrahimbəyovun şəxsi kitabxanasını, ailə yadigarlarını, silah kolleksiyası və rəsm toplusunu bağışlamışdır.

Mərkəzin açılışı

Mərkəzin fəaliyyəti

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin əsas fəaliyyət istiqaməti həm ədəbiyyat, həm də incəsənətin digər növləri ilə bağlı müxtəlif mədəni tədbirlərin təşkili və keçirilməsi ilə bağlıdır. Bu kitab təqdimatları, təhsil və əyləncə tədbirləri, ustad dərsləri, ədəbi gecələr, teatr tamaşaları, uşaqlar üçün müxtəlif mövzularda mühazirələr və s. vasitəsilə Mərkəz ölkənin yaradıcı elitası ilə Azərbaycanın digər mədəni təşkilatları ilə sıx əməkdaşlıq edir – eləcə də, istedadlı gənclərlə onların özünü realaşdırması üçün kömək edir.

Mərkəzin divarları arasında 20-ci əsrin əvvəlində əfsanəvi ədəbi dərnəklərinin və eyni zamanda 21-ci əsrin kreativ məkanlarının abu-havasi yaradılıb.

Mərkəz konsepsiyası

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi özündə ənənə və müasirlik elementlərini birləşdirən kreativ bir məkandır. Onun dörd əsas istiqamət üzrə fəaliyyət şərti olaraq belə bölüşdürmək olar:

  • Gənc ədiblərə dəstək;
  • Azərbaycan mədəniyyət və ədəbiyyatının populyarlaşdırılması;
  • Gənclərin mədəni asudə vaxtının təşkili və mədəni səviyyəsinin inkişafı; 
  • Yaxın və uzaq ölkələrdən mədəniyyət qurumları ilə sıx və qarşılıqlı əlaqələrin qurulması. 

Yaradıcılıq azadlığı və ənənələrə sədaqət, tərəqqi və yaddaş, ideal balansı olan hissələrindən yaranan – Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin unikallığıdır.

Binanın tarixi

Məşhur memar Zivər bəy Əhmədbəyov Maqsud İbrahimbəyovun yaradıcılıq Mərkəzinin yerləşdiyi evi, onun babası neft mədənlərinin sahibi Ələkbər Məşədibəyov üçün, 1914-ci ildə tikib. 1924-ci ildə güllələnən Məşədibəyovun yeddi uşaq dan biri olan, yazıçının anası Fatma xanım –məhz burada doğulub.

İnqilabdan sonra ta XX əsrin 70-ci illərinə qədər bina kommunal mənzillər yaşayış evi kimi fəaliyyət göstərmiş, 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsi dövründə isə zirzəmisi bomba sığnağı kimi istifadə olunurdu. 1978-ci ildən bu binada Maqsud İbrahimbəyovun 1983-ci ildən 2016-ci ilədək rəhbərlik etdiyi, Dünya Komitəsi olub. Komitə vətənpərvərlik və xeyriyyəçiliyin tanıdılması fəaliyyəti ilə məşğul olub. İmkansız ailələrə, müharibə veteranlarına kömək edib.

Maqsud İbrahimbəyovun sədrliyi ilə 1993-cü ildən Azərbaycan PEN club – bütün dünyada peşəkar yazıçıları birləşdirən vahid beynəlxalq təşkilatın bir hissəsi olmuşdur.

1999-cu ildə Maqsud İbrahimbəyovun Azərbaycan prezidenti Heydər Əliyevin dəstəyi ilə , Əsilzadələr məclisinə yenidən həyat verilmişdir.

2001-ci ildə bina “İçəri Şəhər” qoruğunun tarixi abidələrinin siyahısına daxil edilib, 2016-ci ildən 2017-ci ilədək olan dövrdə isə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı bərpa təmiri keçirildi.

2018-ci il 1 fevral tarixin də Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə bu binada Maqsud İbrahimbəyovun yaradıcılıq Mərkəzi açılmışdır.

Mərkəz tərəfindən gənc yazıçı və şairlərin, kreativ məkanının yaradılması, azərbaycan ədəbiyyatı və mədəniyyətinin tanıdılması və yaradıcı gənclər üçün yaxın və uzaq ölkələrdən mədəniyyət qurumları ilə əməkdaşlıqla məşğul olacaq.

Bina iki mərtəbədən, terras və zirzəmidən ibarətdir. Ümumi kvadraturası – 540 kv.m. Birinci mərtəbədə kitabxana və 40 nəfərlik konfrans zalı yerləşir.

ikinci mərtəbəsində Maqsud İbrahimbəyovun muzeyi yerləşir.

Yazıçının kabineti.

Ədəbiyyat otağı, hansında ki onun nəşr olunmuş və müxtəlif dillərdə tərcümə olunmuş bütün kitabları, təqdim olunub.

Silah kolleksiyası olan nadir nüsxələri.

Məşədibəyov və İbrahimbəyovlar ailəsinə aid olan şəkilləri və qədim əşyaları saxlanılan ailə otağı .