Yeni layihə — “Maqsudun Zamanı”
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində yeni layihə — “Maqsudun Zamanı”na start verildi.
İlk görüş Azərbaycanın mədəni kodunun formalaşmasında mühüm rol oynamış əfsanəvi 60-cı illərin xatirəsinə və həmin dövrün ruhuna həsr olundu.
Jurnalist və televiziya aparıcısı Mixail Qusman, Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli, kinoşünas və rejissor Ayaz Salayev həmin illərin ab-havasını, o dövrün insanlarını, əlamətdar hadisələrini və ölkənin tarixində dərin iz qoymuş unikal mədəni mühiti xatırladılar.
Nəticədə zaman, yaddaş və nəsillərarası əlaqə haqqında səmimi, dərin və olduqca önəmli bir söhbət alındı.
