Введите слова для поиска

Author: Admin T

Ədəbi müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi

Ədəbi müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Shahin Novrasli Festival 2026 çərçivəsində keçirilən ədəbi müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi baş tutdu. “Yubiley musiqi ilə” mövzusuna həsr olunmuş müsabiqə incəsənət və musiqidən ilham alan müəllifləri bir araya gətirdi. Tədbir zamanı qaliblərin adları elan olundu, iştirakçılar və münsiflər heyətinin üzvləri müsabiqə ilə bağlı təəssüratlarını bölüşdülər, təqdim olunan əsərləri müzakirə etdilər və… View more

“Bizim Maqsud müəllim” tamaşasının yekun məşqi

“Bizim Maqsud müəllim” tamaşasının yekun məşqi

Tamaşaçıların adətən görmədiyi həmin xüsusi anlar… “Bizim Maqsud müəllim” tamaşasının yekun məşqi və tamaşaçı ilə görüş öncəsi son hazırlıqlar. Hər premyera axşamının arxasında öz işinə istedadını, zəhmətini və qəlbini qoyan insanlar dayanır. Peşəkarlığa, ilhama, işinə sədaqətə və teatra olan sevgiyə görə layihənin bütün komandasına dərin təşəkkürümüzü bildiririk. Məhz sizin sayənizdə əsl sənət yaranır. Анна Ибрагимбекова… View more

“Püstə ağacı” monotamaşası

“Püstə ağacı” monotamaşası

Mərkəzimizdə Oxbridge Academy Azerbaijan şagirdləri Maqsud İbrahimbəyovun əsəri əsasında hazırlanmış “Püstə ağacı” monotamaşasını izlədilər. Şagirdlər tamaşanı böyük maraqla izlədilər. Məktəbdən tanıdıqları əsər onlar üçün yeni, canlı və emosional bir şəkildə təqdim olundu. Uşaqlıq, Bakı, ailə və insani münasibətlərdən bəhs edən bu hekayə dərsliyin səhifələrindən çıxaraq onlar üçün real bir duyğu və təcrübəyə çevrildi. Tamaşa bir… View more

Xeyriyyə məqsədli musiqi ustad dərsi

Xeyriyyə məqsədli musiqi ustad dərsi

“Qüsursuz Nitq” nitq və psixologiya inkişaf mərkəzinin xeyriyyə məqsədli musiqi ustad dərsi Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində keçirilib. Uşaqlar bəstəkar və piano ifaçısı Sevda Rəhimova ilə birlikdə musiqi, ritm və canlı səs dünyası ilə tanış olublar. Tədbirə xüsusi ab-hava Bakının Rəşid Behbudov adına 2 nömrəli Musiqi Məktəbinin şagirdlərinin çıxışları qatıb. Tədbirin qonaqları arasında Alona Əliyeva da… View more

Anna İbrahimbəyovanın “Bir anın əbədiliyi” adlı sərgisi

Anna İbrahimbəyovanın “Bir anın əbədiliyi” adlı sərgisi

D’ART Gallery-də Anna İbrahimbəyovanın “Bir anın əbədiliyi” adlı sərgisi “Sevgi və sənətlə isinən evlər” layihəsi çərçivəsində təqdim olunur. Ekspozisiya tamaşaçını əkslərin poetikasını və gündəlik həyatın içində gizlənən anların gözəlliyini kəşf etməyə dəvət edir. İşığın, suyun, şüşənin və güzgü səthlərinin oyunu vasitəsilə müəllif hər bir fotoşəklin yaddaş, hisslər və zaman arasında qurulan bir dialoqa çevrildiyi xüsusi… View more

Yeni layihə — “Maqsudun Zamanı”

Yeni layihə — “Maqsudun Zamanı”

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində yeni layihə — “Maqsudun Zamanı”na start verildi. İlk görüş Azərbaycanın mədəni kodunun formalaşmasında mühüm rol oynamış əfsanəvi 60-cı illərin xatirəsinə və həmin dövrün ruhuna həsr olundu. Jurnalist və televiziya aparıcısı Mixail Qusman, Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli, kinoşünas və rejissor Ayaz Salayev həmin illərin ab-havasını, o dövrün insanlarını, əlamətdar hadisələrini və… View more

Nadir arxiv “İlmələrin nağılı” filminin nümayişi

Nadir arxiv “İlmələrin nağılı” filminin nümayişi

Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzində “Azərxalça” festivalı çərçivəsində Azərbaycan xalçasının simvolikasına və onun islamdan əvvəlki köklərinə həsr olunmuş nadir arxiv filmi “İlmələrin nağılı” (1984, rejissor T. Bəkirzadə) nümayiş olunub. Nümayişdən sonra Azərbaycan Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev və xalça üzrə ekspert Əlisəfa Nuriyevin iştirakı ilə görüş və müzakirə keçirilib. İştirakçılar ornamentlərin mənasını, mədəni yaddaşın rolunu… View more

“Gedim bir az ağlayım” adlı romans və poeziya gecəsi

“Gedim bir az ağlayım” adlı romans və poeziya gecəsi

Leyla Əliyevanın şeiri əsasında adlandırılan “Gedim bir az ağlayım” adlı romans və poeziya gecəsi tamaşaçılara incə, səmimi və emosional bir atmosfer bəxş etdi. Layihənin təşəbbüskarı pianoçu və bəstəkar Sevda Rəhimova olub. Proqramda romanslar və vokal əsərlər səsləndirildi, poetik parçaları isə Xəzər Süleymanlı səsləndirdi. Gecədə həmçinin əməkdar artistlər Fəridə Məmmədova və İlham Nəzərov da iştirak ediblər…. View more

Əməkdar artist Firdovsi Atakişiyevin yaradıcılıq gecəsi

Əməkdar artist Firdovsi Atakişiyevin yaradıcılıq gecəsi

Azərbaycanın əməkdar artisti Firdovsi Atakişiyevlə keçirilən axşam, “Cult Baku” intellektual klubu tərəfindən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində təşkil olunaraq səmimi və ürəkaçan atmosferdə baş tutdu. Bu sənət, səhnə, rollar və onun həyatında iz qoymuş insanlar haqqında tamaşaçı ilə açıq söhbət idi. Xüsusilə təsirli anlardan biri onun həyat yoldaşına həsr etdiyi şeirləri səsləndirdiyi an oldu. Hər şey… View more

“İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” kitabının təqdimatı

“İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” kitabının təqdimatı

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan, rus, ingilis və fransız dillərində nəşr olunmuş “İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” kitabının təqdimatı keçirilib. Kitab İrəvanın Azərbaycan sivilizasiyasının və mədəniyyətinin qədim mərkəzi kimi, onun tarixi irsinin və itirilmiş milli kimliyinin tədqiqinə həsr olunub.