“BİZİM EV” immersiv audiovizual tamaşasının premyerası
Baku Art Festival çərçivəsində Konstantin Soldatovun quruluşunda hazırlanan “BİZİM EV” immersiv audiovizual tamaşasının premyerası böyük uğurla baş tutdu.
Üç gün ərzində Maqsud İbrahimbəyov Mərkəzi qonaqlarını qəbul edərək onları köhnə Bakının səsləri, xatirələri və doğma ab-havası ilə dolu evdə qeyri-adi səyahətə dəvət etdi.
Bəzən təbəssüm, bəzən göz yaşı, bəzən isə hər şeyi ifadə edən sükut… Hər kəs bu hekayədə özünə aid, çox şəxsi və əziz olan nələrsə tapdı.
