Введите слова для поиска

Author: Admin T

Parlaq aktyor Rasim Balayevin doğum günüdür.

Parlaq aktyor Rasim Balayevin doğum günüdür.

Bu gün Babək və Nəsiminin obrazlarını ekranda təcəssüm etdirən parlaq aktyor Rasim Balayevin doğum günüdür. Bu və bir çox digər rollar Rasim Balayevə ümumxalq məhəbbəti və şöhrəti qazandırıb. Biz bu istedadlı və çox istiqanlı insanı ad günü münasibətilə Mərkəzimiz adından təbrik edir, ona can sağlığı və xoşbəxtlik arzulayırıq!

“Qara paltarlı qadın” romanı üzrə tamaşanın məşqləri

“Qara paltarlı qadın” romanı üzrə tamaşanın məşqləri

Karantinə baxmayaraq, Rus Dram Teatrı Maqsud İbrahimbəyovun “Qara paltarlı qadın” romanı üzrə tamaşanın məşqlərinə başlayıb. Hələlik məşqlər onlayn şəkildə keçirilir, lakin ümid edirik ki, tezliklə onlar səhnəyə çıxacaq və sizi yeni mövsümdə Maqsud İbrahimbəyovun sonuncu – “Qara paltarlı qadın” romanının premyerasına dəvət edə biləcəyik! Yəqin ki, sizin bir çoxunuz bu əsəri hələ oxumamısınız, amma sevimli… View more

Maqsud İbrahimbəyovun babası

Maqsud İbrahimbəyovun babası

Bina 1914-cü ildə Maqsud İbrahimbəyovun babası, neft sənayeçisi Ələkbər Məşədibəyovun sifarişi ilə memar Zivər bəy Əhmədbəyov tərəfindən layihələndirilib. Yazıçının anası – 1924-cü ildə güllələnən Məşədibəyovun 7 övladından biri Fatma xanım burada doğulub. Sonradan ailə buradan köçürülüb. 70-ci illərədək yaşayış evi kimi istifadə edilib. Böyük Vətən müharibəsi dövründə isə binanın zirzəmisindən bunker kimi istifadə edilib. 70-ci… View more

Bakı Xanlar Evinin bərpa-konservasiyası

Bakı Xanlar Evinin bərpa-konservasiyası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Xanlar Evinin bərpa-konservasiyası, eləcə də, ərazidə yeni parkın salınması istiqamətində, habelə arxeoloji qazıntılar zamanı aşkarlanmış yeraltı hamam və görülən işlərlə tanış olublar.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin İnstagram səhifəsi

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin İnstagram səhifəsi

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin İnstagram səhifəsini artıq izləyirsiniz???  Əgər cavab yox isə onda sizi dəvət edirik – burada bizim tədbirlərimiz, canlı efirlər, o cümlədən bir çox maraqlı məlumatlar var. Sizi abunəçilərimiz arasında görməyə şad olarıq! https://instagram.com/maksudibragimbekovcenter/ Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi-Bakı ziyalılarının yaradıcılıq cazibəsinin, istedadlı gənclərin, ədəbiyyat və incəsənəti sevən hər kəsin mərkəzidir. Və əlbəttə ki,… View more

“Uşaqlığın son gecəsi”  kitabının onlayn-təqdimatı

“Uşaqlığın son gecəsi” kitabının onlayn-təqdimatı

Bu gün saat 16:00-da 3Alma İnstagram-səhifəsində Maqsud İbrahimbəyovun yeniyetmələr üçün seçilmiş hekayələrinin toplandığı “Uşaqlığın son gecəsi” kitabının onlayn-təqdimatı keçiriləcək. Kitabda “Püstə ağacı”,” Əlvida, Miledi”, ” Uşaqlığın son gecəsi”,” Qoy o bizimlə qalsın ” və azərbaycan dilinə tərcümə edilmiş digər məşhur povest və hekayələr yer alıb. Kitab barədə 3Almanın nümayəndəsi Vüsalə Babayeva ətraflı məlumat verəcək, rəssam… View more