İsrailin bələdçisi Rəna Mirqasımova-Fel və İtaliyadan olan həmkarı Sergey Yermolinski
Yenidən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin qonaqları bizim gözəl xarici dostlarımız oldu-İsrailin bələdçisi Rəna Mirqasımova-Fel və İtaliyadan olan həmkarı Sergey Yermolinski.
Artıq üçüncü dəfədir ki, Mərkəzdə bu parlaq hekayəçilərin və tarix bilicilərinin mühazirələri keçirilib. Buna görə də biz onlara çox minnətdarıq.
Sergey Yermolinski Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzini XV əsrin Florensiyasında Yaradıcı yığıncaqlarla müqayisə edərək deyir: ” Tezliklə nə isə möhtəşəm bir hadisə baş verməlidir”. Rəna xanımın sözlərinə görə, Maqsud İbrahimbəyovun ailə yuvası olan bu evin divarları onun şəxsiyyətini “canlandırır”.