Введите слова для поиска

“İstedArt” layihəsi VIII “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalından ilhamlanıb

“İstedArt” layihəsi VIII “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalından ilhamlanıb

“İstedArt” layihəsi VIII “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalından ilhamlanıb

   “İstedArt” layihəsi VIII “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalından ilhamlanıb. “Qız Qalası” festivalında iştirak etmiş gənc rəssamlar yaradıcılıq imkanlarına malik uşaqlara Qız Qalası abidəsinin maketləri üzərində rəsm çəkməkdə köməklik göstərilib. 2018-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Yarat” Müasir İncəsənət Məkanı “Qız Qalası” festivalının ideyasını daha da genişləndirərək incəsənət ustaları və valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud və daun sindromlu uşaqları bir araya gətirən “İstedArt” layihəsini ərsəyə gətirdi.

Bakı şəhərinin 6 internat məktəbində təhsil alan və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə alan, ümumilikdə 23 istedadlı uşaq cari ilin oktyabr ayından etibarən başlayan yeni tədris ili çərçivəsində 5 rəssam və 1 qrafikaçı tərəfindən keçirilən dərslərdə iştirak edirlər.

Layihə ilə bağlı bütün təşkilati və maliyyə dəstəyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təmin olunur. Uşaqlarla ustadların görüş yeri isə İçərişəhərin tarixi, mədəni məkanlarlarından olan Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzidir.

Növbəti 9 ay ərzində istər ustadlar, istərsə də layihə təşkilatçıları artıq “İstedArt” layihəsinin nə qədər faydalı və əhəmiyyətli olduğunun şahidi olacaqlar. Bu müddət ərzində uşaqlar öz bacarıqlarını daha da inkişaf etdirəcək, eyni zamanda yeni istedadlar üzə çıxarılacaqdır.