Leyla Əliyeva Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində
4 il müddətində Mərkəzimiz hər zaman görməkdən məmnun olacağımız dostlar qazanmışdır. Onların bizə qonaq gəlməkdən və burada özlərini evdəki kimi hiss etməkdən həmişə şad olduğunu bilmək ikiqat xoşdur. Bu o deməkdir ki, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi öz əsas məqsədini – yaradıcı insanları özünə cəlb edən və birləşdirən “güc yeri” olmağı həyata keçirib və hələ də həyata keçirməyə davam edir. Onların hər birini mərkəzə nə isə bağlayır, onların hər birinin deməyə sözü var. Bu gün sözü Heydər Əliyev fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevaya veririk.