Leyla Bəyim və Yefim Abramovun pyesi əsasında “Immolatio” (“Qurban”) tamaşası
Leyla Bəyim və Yefim Abramovun pyesi əsasında “Immolatio” (“Qurban”) tamaşasını Nəsimi ili çərçivəsində ən parlaq və qeyri-adi tamaşalardan biri adlandırmaq olar. Mərkəzimizdə bu dəfə “Immolatio” tamaşasını azərbaycan dilində növbəti dəfə tamaşaçılara təqdim etməkdən məmnun idik.
Aktyorlar Elşən Rüstəmov və Hikmət Rəhimov böyük mütəfəkkir İmadəddin Nəsimi və Yan Qusa ustalıqla yenidən can verdilər. Vaqif Əsədovun ixtiraçılıq, istedad və cəsarətli rejissor qərarları sayəsində isə tamaşaçılar mistikanın reallıqdan uzaq olduğu, poeziyanın isə sözün həqiqi mənasında sehrli gücə malik olduğu orta əsrlərin ab-havasına tam qərq olmuşdular…