Введите слова для поиска

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi – 5 il

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi – 5 il

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi – 5 il

@icherisheher_living_history: Bu gün Azərbaycan #mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş #Xalq#yazıçısı, görkəmli #kinodramaturq#rejissor, Dövlət mükafatı laureatı #Maqsudİbrahimbəyov-un xatirəsini əbədiləşdirmək məqsədilə təsis edilmiş #MaqsudİbrahimbəyovYaradıcılıqMərkəzi-nin fəaliyyətinin #beşinci ildönümüdür.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində yazıçının #muzeyi, #kitabxanası#ədəbiyyat#otağı yerləşir. Ədəbiyyat otağında Maqsud İbrahimbəyovun müxtəlif illərdə azərbaycan və rus dillərində nəşr olunan, həmçinin 36 xarici dilə tərcümə edilən kitabları təqdim olunur. Burada həmçinin yazıçının əsərlərinin dərc olunduğu bütün dərgilər toplanıb.

Eksponatlar arasında Maqsud İbrahimbəyovun ədəbiyyat və ictimai-siyasi fəaliyyət sahələrində əldə etdiyi nailiyyətlərə görə müxtəlif vaxtlarda təltif olunduğu #orden#medallar, digər mükafatlar, deputat mandatları, fəxri fərmanlar, həmçinin 2012-ci ildə yazıçının #Nobel#mükafatına namizədliyinə dair sənəd də yer alır.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi saysız ədəbi və bədii tədbirlərin, gecələrin keçirildiyi ən rahat və sevilən məkanlardan biridir.

#içərişəhərim#icherisheher#ibrahimbekovcentre5years#Letyoustaywithus#IMcentre5Maksud Ibragimbekov Center/ Центр Максуда Ибрагимбекова