Maqsud İbrahimbəyovun babası
Bina 1914-cü ildə Maqsud İbrahimbəyovun babası, neft sənayeçisi Ələkbər Məşədibəyovun sifarişi ilə memar Zivər bəy Əhmədbəyov tərəfindən layihələndirilib.
Yazıçının anası – 1924-cü ildə güllələnən Məşədibəyovun 7 övladından biri Fatma xanım burada doğulub. Sonradan ailə buradan köçürülüb.
70-ci illərədək yaşayış evi kimi istifadə edilib. Böyük Vətən müharibəsi dövründə isə binanın zirzəmisindən bunker kimi istifadə edilib.
70-ci illərdən sonra müxtəlif vaxtlarda burada Maqsud İbrahimbəyovun rəhbərlik etdiyi Sülhü Müdafiə Komitəsi, «PEN klub» və «Əsilzadələr Məclisi» fəaliyyət göstərib.
Bina əsaslı təmir edilib.
2018-ci ildən burada Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir.