Moskva şəhərində xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə gecəsi

@icherisheher_living_history:
İyunun 25-də Moskva şəhərində xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Rusiya Səfirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və yazıçının həyat yoldaşı Anna İbrahimbəyova, eləcə də ailə üzvləri, sənət dostları və tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbir çərçivəsində müəllifin “Püstə ağacı” hekayəsi əsasında hazırlanmış monopyesa nümayiş olunub, Maqsud İbrahimbəyovun ədəbi irsi, onun yaradıcılığındakı humanist dəyərlər və İçərişəhərdə fəaliyyət göstərən Yaradıcılıq Mərkəzinin rolu vurğulanıb.