“Neft bumu hamıya gülümsəyir” tamaşasının açıq məşqi
“Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində Gənc Tamaşaçılar Teatrında keçirilən açıq məşq — doğrudan da çox güclü təsir bağışladı.
Teatr dolu idi. Çoxlu tələbə və gənclər iştirak edirdi. Canlı maraq, yüksək diqqət və detallara həssas yanaşma hiss olunurdu.
Bu nə premyera idi, nə də adi nümayiş — bu, tamaşanın yaranma prosesinin səmimi və açıq şəkildə nümayişi idi.
Tamaşaçılar ilk dəqiqələrdən prosesə qoşuldular:
fikirlər, suallar, tənqid və təkliflər səsləndi.
Məşqdən sonra isə rejissorla açıq söhbət, müzakirələr və dialoq baş tutdu.
Açıq məşq ideyası özünü tam doğrultdu!
