Möhtərəm cənab Gil!
Əfsuslar olsun ki, gündəlik həyatda bəzən olduqca xoşagəlməz situasiyalar yaranır və hətta tənbəl adam belə, ona munasibət bildirməyə borcludur. Bu il oktyabrın 23-də mən də öz evimdə belə bir xoşagəlməz vəziyyətə düşdüm; səbəb isə hörmət bəslədiyim «Zerkalo» qəzetinin səhifələrində 16 okt-yabr hadisələri və onların ətrafında cərəyan edən olaylarla bağlı sizin bəzi mülahizələrinizlə tanış olmağım idi.
Məsələn, söyləyirsiniz ki, (sitat): «Parlament kimi mə-sul bir orqan bir sıra partiyaların qadağan edilməsi kimi son dərəcə qeyri-konstruktiv təkliflə çıxış etmişdir».
Axı bu, yumşaq desək, doğru deyildir. Azərbaycan Respublikasının Milli Məclisi belə bir təklif irəli sürməyib. Ola bilsin ki, sizə yanlış məlumat veriblər, ancaq o halda istər-istəməz belə bir ehtimal yaranır ki, siz yaramaz adamlarla oturub-durursunuz, onlar da sizə mənfi təsir göstərir. Fikri-nizin davamı daha bəd gəlir: bəyan edirsiniz (özü də ailə çevrəsində, ya da dostlar arasında deyil, mətbuatda) ki, (sitat): «Bu, vəziyyətin daha artıq gərginləşməsinə gətirib çıxara bilər». Bax, bu ibarənizə isə artıq heç bir don geydirmək mümkün deyil! Yoxsa 16 oktyabr hadisələri sizə azlıq edir? Ya da bəlkə siz «parlamentin qeyri-konstruktiv təklifi» kimi yalan müddəadan istifadə etməklə yeni iğtişaşlar qızışdırmaq cəh-dində bulunursunuz?