“Püstə ağacı” monotamaşası
Mərkəzimizdə Oxbridge Academy Azerbaijan şagirdləri Maqsud İbrahimbəyovun əsəri əsasında hazırlanmış “Püstə ağacı” monotamaşasını izlədilər.
Şagirdlər tamaşanı böyük maraqla izlədilər. Məktəbdən tanıdıqları əsər onlar üçün yeni, canlı və emosional bir şəkildə təqdim olundu. Uşaqlıq, Bakı, ailə və insani münasibətlərdən bəhs edən bu hekayə dərsliyin səhifələrindən çıxaraq onlar üçün real bir duyğu və təcrübəyə çevrildi.
Tamaşa bir çox şagirdə dərin təsir bağışladı və onlarda yazıçının yaradıcılığı ilə daha yaxından tanış olmaq istəyi yaratdı. Belə görüşlər ədəbiyyatı fərqli prizmadan dərk etməyə və öz ölkəsinin mədəniyyətini daha yaxından hiss etməyə kömək edir.
