Введите слова для поиска

Qoy bizimlə qalsın

Maqsud İbrahimbəyov

QOY BİZİMLƏ QALSIN

Zənnimcə, milis  rəisinin oğlu olmaq çox yaxşıdır. Özü də hər hansı rayon şöbəsinin yox ha, şəhər milisi rəisinin oğlu olmağı deyirəm. Əgər həmin milis rəisi həm də yaxşı adamdırsa, bu, ikiqat uduşdur. Lap elə mənim atam kimi. Əlbəttə, onun da çatışmayan cəhətləri var. Nənəm deyir, qüsursuz insan yoxdur, amma mənə elə gəlir ki, atamın qüsurları çox azdır. Birinci qüsuru odur ki, atam evdə çox az olur – sutka ərzində cəmi bir neçə saat. Çox vaxt onun işdən gəlməyini gözləyə bilmirəm, yuxu məni aparır. İkincisi isə, zənnimcə, bu hətta birincidən də betər qüsurdur; atam evdə olarkən həmişə susur, bəzən başımı sığallayıb, məktəbdəki vəziyyətlə maraqlanır, elə nənəmlə də bir-iki kəlmə kəsir, sonra bütün axşamı susur. Əslində, axşamın necə keçdiyindən heç xəbərimiz olmur, gecəyarısına saat yarım, iki saat qalır. Elə yemək vaxtı da susur. Başa düşürəm, axı mənimlə nə danışacaq? Onun öz maraqları, mənimsə öz maraqlarım var, bu, aydın məsələdir. Səbəbini bilmirəm, ancaq hər halda onun bizimlə yanaşı oturub susması mənə çox qəribə gəlir. Üstəlik, üz-gözünə baxan kimi başa düşmək olur ki, fikri haradasa uzaqlardadır, bəlkə də, belə anlarda hətta nənəmlə məni də görmür.

Читать далее