“Sirlərin Aynası” fotosərgisi
Fotoqrafiya Evində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru, mədəniyyət xadimi və Rəssamlar İttifaqının üzvü Anna İbrahimbəyovanın “Sirlərin Aynası” adlı fotosərgisi açılıb.
“İçərişəhər” İdarəsi tərəfindən təşkil olunan sərgidə 40 foto işi təqdim olunur və onların hər biri dünya və insanın özü ilə dərin və səmimi dialoqdur. Vizual obrazlar vasitəsilə müəllif özünüdərk, daxili axtarış haqqında düşünür, həyatın görünən və görünməyən qatlarını açır.
Qeyd edək ki, layihə ilk dəfə 2022-ci ildə QQallery qalereyasında təqdim olunub. Sərginin kuratoru Azərbaycanın Əməkdar rəssamı Sabina Şıxlinskaya olub.
