“Zeynəbin sehrli dünyası”

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı!
13 yaşlı Zeynəb Babayeva gildən, parçadan və kətandan hazırladığı heyrətamiz plastik kompozisiyalarını – təbiət aləmini və mehriban canlıları uşaq gözü ilə təqdim etdi.
Sərgini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva övladları ilə birlikdə, həmçinin incəsənət və mədəniyyət sahəsinin tanınmış nümayəndələri ziyarət etdilər. Zeynəbə xoş sözlərlə çıxış edənlər arasında Xalq rəssamı — Səlhab Məmmədov, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri — Rüfət Mahmud, Millət vəkili — Günay Əfəndiyeva, Yaradıcılıq Mərkəzinin direktoru — Anna İbrahimbəyova və sərginin kuratoru — Əsmər Abdullayeva yer alıb.
Zeynəb yaradıcılığı haqqında video hekayə təqdim etməklə yanaşı, qonaqlar üçün ustad dərsi də keçib.
Sərgi 21 iyun tarixinə qədər açıqdır. Gənc rəssamın sehrli dünyasına qərq olmaq olmaq üçün fürsəti qaçırmayın!