Введите слова для поиска

Əsas versiya

Bakının gecə həyatından səhnələr

– Bütün ölkələrin demokratları birləşin və heç vaxt, heç zaman bir-birinizdən ayrılmayın! – Raf Lənkəranski ayağını yerə vurub, öz məşhur zil səsilə qışqırdı və kabinetin pəncərəsindən bayırda eşidilən əks-səda gecə qaranlığında dəhşət içərisində donub qalmış qəbirstanlıq üzərində dalğa-dalğa yayıldı.

Sonra həmişəki kimi, mehriban dostluq şəraitində qrant-ların paylanılması işi davam etdirildi. Otağa Bakı şəhərindəki sarı mətbuatın qaymaqları toplaşmışdı. Üç qəzetin – “Vedo-mosti”, “Bakinskiye vedomosti” və “Realnı Azerbaycan” qəzetlərinin təmsilçiləri “Bütün Azərbaycanı çirkaba batırırıq” mövzusunda keçirilən diskusiyada daha fəal iştirak edirdilər. “Realnı Azerbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin nitqi, hətta bütün natiqlərin gözəl çıxışları fonunda, son dərəcə parlaq alındı. O, diskusiya təşkilatçılarını bədbəxt, qanı əvəzinə öz neftinə bulaşmış doğma Vətənin ümidsiz bü günü və qaranlıq gələcəyi barədə öz bəlağətli mühakimələrilə sevindirdi. Təşkilatçıların və iştirakşıların fikrincə, disskusiya məhsuldar keçdi, pullar hesablanıb, ciblərdə etibarlı şəkildə gizlədildikdən sonra isə qrantomanlar bir-birilə daha da doğmalaşdılar, əl-ələ verib, sözləri və musiqisi bəstəkar Andron Qrossa aid olan yeni “Narıncı Beynəlmiləl” kantatasını ifa etməyə başladılar.

Ruşana Vulqarislə Bella Zakirits kantatanın ifasında iştirak etmədilər. Rəfiqələr otağın bir küncünə çəkilib, əvvəlcə Lənkəranski tərəfindən bir balaca gəmirilmiş qrantı bölüşdürürdülər. Haqq-hesabda sözləri çəp gəldiyi üçün az qala dalaşacaqdılar, amma elə bu anda Eynulla Fətullayev onlara yaxınlaşdı və onlardan, özü çıxandan on dəqiqə sonra digər iştirakçılara hiss etdirmədən, onun ardınca bayıra çıxmalarını xahiş etdi.