Введите слова для поиска

20 yanvar 1990-cı il dəhşətli tarixindən 30 il keçdi

20 yanvar 1990-cı il dəhşətli tarixindən 30 il keçdi

20 yanvar 1990-cı il dəhşətli tarixindən 30 il keçdi

20 yanvar 1990-cı il – Bakıda sovet tanklarının güllə və tırtılları altında yüzdən çox insanın həlak olduğu dəhşətli tarixdən 30 il keçdi. Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə həmin gecə qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirib.

Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Respublika İncəsənət Gimnaziyasından olan gənc rəssamlar 20 Yanvar faciəsinə həsr olunmuş, həmin qış günlərində şəhəri təsvir etmiş rəsmlər çəkmişlər. Gimnaziyanın teatr bölməsinin şagirdləri tərəfindən hazırlanmış ədəbi-musiqi tamaşası da eyni cür atmosferi yaşatdı. Qara Yanvar mövzusunda ifa olunan şeirlər və mahnılar səmimiyyəti və dərinliyi ilə ən güclü, ağrılı, lakin qaçınılmaz hisslərə toxunmağa səbəb oldu.