Введите слова для поиска

Bakı Kitab Mərkəzində xalq yazıçısı Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib

Bakı Kitab Mərkəzində xalq yazıçısı Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib

Bakı Kitab Mərkəzində xalq yazıçısı Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib

Bakı Kitab Mərkəzində xalq yazıçısı Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib.Oktyabrın 2-də Bakı Kitab Mərkəzində xalq yazıçısı, kinodramaturq Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib.Tədbirdə xalq yazıçısının doğmaları, dostları, onun istedadının pərəstişkarları iştirak ediblər.Tədbirdə çıxış edən xalq yazıçısı Anar, psixologiya üzrə fəlsəfə doktoru, professor Rəna İbrahimbəyova, yazıçı Leyla Bəyim Cəfərova və başqaları Maqsud İbrahimbəyov haqqında xatirələri ilə bölüşüb, onun hər bir əsərinin doğma torpağa və köklərə bağlı olduğunu vurğuladılar. Eyni zamanda, M. İbrahimbəyovun oxucuların qəlbinin ən incə tellərinə toxunmağı bacaran böyük söz ustası olduğunu qeyd etdilər. Xatirə gecəsində yazıçının əsərlərindən parçalar oxundu, həyatının müxtəlif mərhələlərini əks etdirən fotoşəkillər nümayiş olundu.Sonda yazıçının həyat yoldaşı Anna İbrahimbəyova çıxış edərək H.Əliyev Fonduna və onun prezidenti Mehriban xanım Əliyevaya Bakı Kitab Mərkəzinin yaranmasına görə və BKM-yə M.İbrahimbəyovun xatirəsinə ehtiramla yad etdiklərinə görə təşəkkürünü bildirdi. Gecədən sonra qonaqlar hələ uzun müddət dağılışmayıb, söhbət edib maraqlı xatirələri ilə bölüşdülər.