Введите слова для поиска

Beynəlxalq incəsənət festivalı çərçivəsində “Qız Qalası. Qadın olmaq” poeziya gecəsi keçirilmişdir

Beynəlxalq incəsənət festivalı çərçivəsində “Qız Qalası. Qadın olmaq” poeziya gecəsi keçirilmişdir

Beynəlxalq incəsənət festivalı çərçivəsində “Qız Qalası. Qadın olmaq” poeziya gecəsi keçirilmişdir

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində müasir Beynəlxalq incəsənət festivalı çərçivəsində “Qız Qalası. Qadın olmaq”poeziya gecəsi keçirilmişdir . Bu tədbir yalnız azərbaycan şairlərini deyil, həm də müxtəlif dillərdə yazan xarici müəllifləri bir yerdə toplamışdır. Çıxışlar poetik söz qüvvəsini gücləndirəcək vizual “canlı” poeziyaya sıra ilə gedirdi. Poeziya gecəsi iki hissədən ibarət olub. Birinci hissə bilavasitə Maqsud İbrahimbəyov yaradıcılıq Mərkəzində keçdi, sonra isə tamaşa Mərkəzin qarşısında meydana köçdü – iştirakçıların çıxışının video çarxı orada müəyyən edilmiş yerdə böyük ekranda nümayiş etdirilmişdir. Tədbirin təşkilatçıları – “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ,Maqsud İbrahimbəyov yaradıcılıq Mərkəzi və Avropa İttifaqının Azərbaycandaki Nümayəndəliyi.

Axşam Avropa İttifaqının Nümayəndəliyi ilə təşkil etdiyi müasir beynəlxalq incəsənət “Qız Qalası. Qadın olmaq” festivalı çərçivəsində ,Bakıda və Azərbaycanın digər bölgələrində keçirilmişdir. Layihənin təşəbbüskarı Azərbaycanın əməkdar rəssamı Səbinə Şıxlinskaya olmuşdur. POEZİYA GECƏSİNİN İŞTİRAKÇILARI:

Anna İbrahimbəyova – Foto (Azərbaycan)

İrina Sokolova – Poeziya (Rusiya)

Leyla Bəyim Cəfərova – Poeziya (Azərbaycan / Çexiya)

Leyli Salayev – Poeziya (Azərbaycan)

Natəvan Vahabov – Foto (Azərbaycan)

Nikola Inademard – Foto (Fransa)

Səlim Babullaoğlu – Poeziya (Azərbaycan)

Ülviyyə Axundova – Poeziya (Azərbaycan)

Yeşim Ağaoğlu – Poeziya (Türkiyə).