Введите слова для поиска

Блог

“Sevgi haqqında”

“Sevgi haqqında”

#Repost: icherisheher_living_history Fevralın 13-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri əsasında hazırlanmış “Sevgi haqqında” ədəbi-poetik tamaşa təqdim olunub. İdeya müəllifinin Anna İbrahimbəyova və rejissorunun Raul Türkkanın olduğu tamaşa Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları tərəfindən canlandırılıb. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin… View more

Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2025-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud Məmmədibrahim oğlu İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur. Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz… View more

“Belə bir hekayə”

“Belə bir hekayə”

@bakubookcenter: “Belə bir hekayə”: Bakı Kitab Mərkəzində Anna İbrahimbəyova ilə görüş keçirilib Bakı Kitab Mərkəzində keçirilən görüşlər, adətən, o qədər maraqlı olur ki, zamanın necə keçdiyini hiss etmək çətin gəlir. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru, mərhum Xalq yazıçısı Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyova ilə bugünkü görüşümüz də istisna olmayıb. Qonaqları Bakı Kitab Mərkəzinin direktoru… View more

Ayan Mirqasımova Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində

Ayan Mirqasımova Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində

6 il müddətində Mərkəzimiz hər zaman görməkdən məmnun olacağımız dostlar qazanmışdır. Onların bizə qonaq gəlməkdən və burada özlərini evdəki kimi hiss etməkdən həmişə şad olduğunu bilmək ikiqat xoşdur. Bu o deməkdir ki, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi öz əsas məqsədini – yaradıcı insanları özünə cəlb edən və birləşdirən “güc yeri” olmağı həyata keçirib və hələ də… View more

“Qara paltarlı qadın”

“Qara paltarlı qadın”

Azərbaycan Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Qara paltarlı qadın” romanı ABŞ-dakı səfirlərin, diplomatların və xarici ölkələrin nümayəndələrinin xanımlarından ibarət qadınlar klubunda müzakirə mövzusu elan edilib. Təşəbbüs Azərbaycanın Amerikadakı səfirinin xanımı Zümrüd xanım İbrahimə məxsusdur. Qadın klubunun bütün üzvlərinə yazıçının “TEASS Press” tərəfindən yenidən nəşr olunmuş və ingilis dilinə tərcümə olunmuş kitabı hədiyyə edilib.

“Şeir Terapiyası” kitabının təqdimatı

“Şeir Terapiyası” kitabının təqdimatı

@metanetqudsi: “Şeir Terapiyası” kitabımın təqdimat mərasimi. @sehidsahgunduz əziz xatirəsinə həsr etdiyim kitab və gün.! Önəmli günün təşkili üçün @sxa.sosial.gov.az təşəkkür edirəm.! Yanımda olan və öz sevgisi ilə möhtəşəm şəkildə iştirak edən bütün dostlarıma içdən təşəkkür edirəm. Nə yaxşı ki,varsınız! Yeni tanışlıqlar və dostlar üçün xüsusən şad oldum.!

10-cu Bakı Beynəlxalq Kitab Sərgisində “Müharibənin 1001-ci gecəsi” hekayəsinin teatrlaşdırılmış təqdimatı

10-cu Bakı Beynəlxalq Kitab Sərgisində “Müharibənin 1001-ci gecəsi” hekayəsinin teatrlaşdırılmış təqdimatı

@3alma: 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində “Uşaqlığın son gecəsi” kitabının və “Müharibənin 1001-ci gecəsi” hekayəsinin teatrlaşdırılmış təqdimatı baş tutdu. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi və “3 alma”nın birgə təşkilatçılığı ilə keçirilən təqdimat auditoriyanın böyük marağına səbəb oldu. “TEAS Press” və “3 alma” nəşrlərini endirimlə əldə etmək və tanınmış yazıçıların imza saatlarında iştirak fürsətini qaçırmayın! #TEASPress#BBF2024#3alma#kitablar#Endirimlər

“Uşaqlığın son gecəsi”-Beynəlxalq Kitab Sərgisində

“Uşaqlığın son gecəsi”-Beynəlxalq Kitab Sərgisində

@3alma: 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində “Uşaqlığın son gecəsi” kitabının və “Müharibənin 1001-ci gecəsi” hekayəsinin teatrlaşdırılmış təqdimatı baş tutacaq. Tədbir “3 alma” və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə 4 oktyabr saat 12:00-da “Füzuli” təqdimat zonasında keçiriləcək. “TEAS Press” və “3 alma” nəşrlərini endirimlə əldə etmək və tanınmış yazıçıların imza saatlarında iştirak fürsətini qaçırmayın! 🥰✍️