Введите слова для поиска

“Sevgi haqqında”

“Sevgi haqqında”

“Sevgi haqqında”

#Repost: icherisheher_living_history

Fevralın 13-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri əsasında hazırlanmış “Sevgi haqqında” ədəbi-poetik tamaşa təqdim olunub. İdeya müəllifinin Anna İbrahimbəyova və rejissorunun Raul Türkkanın olduğu tamaşa Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları tərəfindən canlandırılıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev və digər tanınmış mədəniyyət və incəsnət xadimləri iştirak ediblər.