“Kitab Bağışla”

#Repost: @icherisheher_living_history
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi balaca qonaqlarını qəbul edib. “Kitab Bağışla” günü çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ( @aesma.edu.az )tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin 1, 2 və 3 saylı uşaq evlərində yaşayan 12 yaşdan yuxarı uşaqlar tədbirə qatılıblar.
Uşaqlarla görüş zamanı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Maqsud İbrahimbəyovun həyat və yaradıcılığı haqqında maraqlı söhbət edilib. Onlar yazıçının əsərləri, onun unudulmaz obrazları və ədəbiyyata verdiyi töhfələr barədə daha çox öyrəndilər.
Tədbir boyu uşaqlar Yaradıcılıq Mərkəzində ekskursiyada oldular, burada əsrarəngiz ədəbi mühitin ab-havasını hiss etdilər.
Günün sonunda isə onları xoş bir sürpriz gözləyirdi – mərkəzin direktoru tərəfindən uşaqlara Maqsud İbrahimbəyovun kitabları hədiyyə olundu. Bu görüş uşaqlar üçün həm maraqlı, həm də ilhamverici oldu. Kitabların səhifələrində onlar yeni dünyalara səyahət edəcək, özlərini bu böyük yazıçının qəhrəmanlarının yerində hiss edəcəklər.