Введите слова для поиска

“Bütün yaxşılıqlara görə ölüm” və “Qoy o bizimlə qalsın” povestləri Oxbridge tədris proqramına daxil edilib

“Bütün yaxşılıqlara görə ölüm” və “Qoy o bizimlə qalsın” povestləri  Oxbridge tədris proqramına daxil edilib

“Bütün yaxşılıqlara görə ölüm” və “Qoy o bizimlə qalsın” povestləri Oxbridge tədris proqramına daxil edilib

Maqsud İbrahimbəyovun yaradıcılığının yeniyetmələrin şəxsiyyət formalaşmasında nə qədər mühüm rol bu oynadığını anlayan pərəstişkarları üçün bizim gözəl xəbərimiz var. Oxbridge Academy’nin direktoru Nailə Rzayevanın sayəsində “Bütün yaxşılıqlara görə ölüm” və “Qoy o bizimlə qalsın” povestləri məktəbin tədris proqramına daxil edilib. Üstəlik, Pearson beynəlxalq sisteminin məktəb təhsil proqramına bu əsərlərin daxil edilməsi təklifi ilə çıxış edib.Yenidən üç dildə nəşr edilən bu iki povest toplusunun təqdimatı, Oxbridge Academy’də olub və məktəbin şagirdlərinin orada çox fəal iştirak etmələrinin sayəsində bu təqdimat, xüsusilə parlaq alınmışdır. Məktəblilər “Qoy o bizimlə qalsın” və “Bütün yaxşılıqlara görə – ölüm!” povestindən olan teatr etüdlərinin parçalarını ortaya qoymuş, həmçinin bu povest barədə təəssüratlarını danışmışlar. Həmçinin rus dili və ədəbiyyatı müəllimi Afa Rafigovna isə öz bəstəsi olan Maqsud İbrahimbəyova həsr olunmuş şeirini oxumuşdur.

Xatırladaq ki, rus, azərbaycan və ingilis dillərində çap olunmuş kitabları, Baku Book Center, Libraff mağazalar şəbəkəsinin vəsait ilə satış bölməsindən əldə etmək mümkündür. Satışdan əldə edilmiş vasitələr isə Nargis fond xeyriyyəçilik fonduna yönəldiləcək.