Введите слова для поиска

“Cəhənnəmə Sərinlik Gəldi” romanının təqdimatı

“Cəhənnəmə Sərinlik Gəldi” romanının təqdimatı

“Cəhənnəmə Sərinlik Gəldi” romanının təqdimatı

Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun türk dili daxil olmaqla dörd dildə nəşr olunan “Cəhənnəmə Sərinlik Gəldi” romanının təqdimatı keçirilib.Tədbirdə Fondun prezidenti Günay Əfəndiyeva və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış etmiş, rəssam Fərhad Xəlilov və yazıçı Elçin Əfəndiyev Maqsud İbrahimbəyov haqqında xatirələrini bölüşüblər.

Həmçinin rejissor Vaqif Əsədovun qoyduğu kiçik bir performans – tar və skripkanın müşayiəti ilə romandan dörd dildə parçalar da göstərilmişdir.

Maqsud İbrahimbəyovun son əsərlərindən biri olan “Cəhənnəmə sərinlik gəldi” keçən il Səlim Babullaoğlunun tərcüməsində Türkiyədə nəşr olunub.