Введите слова для поиска

Əyyaş Kirpi

Maqsud İbrahimbəyov

ƏYYAŞ KİRPİ

 Tərcüməçi: Əyyub Qiyas

Qışda kirpilər yuxuya gedir. Bütün zoologiya kitabları bunu təsdiq edir. Zənnimcə, kirpilərlə bağlı nəzəriyyə, doğrudan da, belədir. Lakin başqa bir nəzəriyyə də var və o, sırf bizdə yaşayan kirpiyə aiddir. Yəqin, bu kirpi mənim əlimə keçən dərsliklərdə yazılanları oxumadığı üçün heç nə olmamış kimi qış uzunu ora-bura qaçır.

Bu kirpi çoxdan bizimlə qalır. Yaxşı xatırlayıram, onun bizdə qalması üçün evdəkiləri razı salana qədər xeyli əziyyət çəkdim. Nədənsə ümumi mənzilimizdə yaşayan sakinlərin hamısı onun bizdə qalmasına narazı idilər. Müxtəlif bəhanələr gətirir, məni inandırmağa çalışırdılar ki, kommunal mənzildə kirpi saxlamaq olmaz. Qonşulardan biri çox primitiv misal çəkdi, guya tanışlarından birinin kirpisi bilmədən sobaya düşüb, sonradan həmin adamlar buna görə nə qədər ağlayıb, dərd ediblər. Dedi ki, bu həmin adamlar bütün ömür boyu o dəhşətli hadisəni unuda bilməyiblər.

Qonşulara evi soba ilə qızdırmadığımızı xatırlatdım, amma bu onlara çox da təsir eləmədi. Dedim, o özünü yandırmaq üçün qaynar suya atılmalıdır və bu kirpi ümumiyyətlə belə şeyi bacarmaz.

Amma, deyəsən, kirpilərin ilan tutmağı, harada məskunlaşmasından asılı olmayaraq ilanlara qənim kəsilməyini xatırlatmağım onların ağlına batdı.

Читать далее