Введите слова для поиска

“Gərgədan Buynuzu”nun premyerası

“Gərgədan Buynuzu”nun premyerası

“Gərgədan Buynuzu”nun premyerası

İnanılmaz, amma, eyni zamanda, belə realistik hekayə “Axırı yaxşı qurtaran əhvalat” . İkinci gəncliyi qazanmaq ücün , orta yaşlı kişi hər şeyə hazırdır, hətta qədim reseptli eliksirə inanmaq və canlı gərgədanın buynuzunu mişarlamaq . Bunun onun üçün nə kimi dəyişikliklər yaratdığını, Maqsud İbrahimbəyovun povestini oxuyan hər kəs bilir. Artıq bizim dediymiz kimi, Mədəniyyət və incəsənət universitetinin aktyorluq və rejissorluq fakültələrinin ikinci və dördüncü kurs tələbələri onunla bağlı gözəl tamaşa qoymuşdular. “Gərgədan Buynuzu”nun premyerası bizim Mərkəzdə baş tutdu.Bu layihədə Fəridə Səfiyeva gənc aktyorlar və rejissorlar ilə yanaşı, onun üzərində Cənnət Səlimova, Pərviz Məmmədrzayev, Ayan Mirqasımova kimi adlı-sanlı sənətkarlar və başqaları işləyiblər, baş rolu isə əməkdar artist Maqsud Məmmədova aitdir.Premyera zamanı tamaşaçı demək olar ki, dayanmadan gülürdü, bununla yanaşı davamlı olaraq alqışlarla müşayiət olunurdu,bu tamaşanın uğur qazanmasının ən böyük sübutudur. İlkin mənbəyə bələd olan insanlar üçün ,bu tamaşa bir daha Rauf donjuanın qəribə macəralarına şahid olmaq , hazırcavab sözlər ilə dolu olan povestin mətnini , sevimli ədəbi əsərin “vizual təcəssümünü” qiymətləndirmək üçün gözəl imkan oldu. Bütün yaradıcı qrupa, tamaşanın ən uğurlu nümayişi və tanıdılmasını arzulayırıq!