Введите слова для поиска

İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş festival keçiriləcək

İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş festival keçiriləcək

İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş festival keçiriləcək

Sentyabrın 27-30-da Azərbaycanda böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş festival keçiriləcək. Heydər Əliyev Fondunun Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil etdiyi bu festival çərçivəsində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Leyla Begim Jafarova və Yefim Abramovun pyesi əsasında “Immolatio” (“Qurban”) tamaşası keçiriləcək.
Pyes dünyanın müxtəlif yerlərində Azərbaycan və Çexiyada – Şərqdə və Qərbdə bir vaxtlar yaşamış iki böyük mütəfəkkir – bir il dünyaya gəlmiş maarifçilərə həsr olunub. Nəsimi (1369-1417) və Yan Qus (1369-1415) ana dilinin qorunması və inkişafına eyni baxışlara, ideyalara, münasibətə malik idilər. Nəsimi ilə Yan Qusu bir-birinə çox bənzər, faciəli taleyi də birləşdirir.
Bu pyes hər şeydən əvvəl iki mədəniyyətin mümkün vəhdətindən, Şərq və Qərb nümayəndələrinin baxışlarının vəhdətindən bəhs edir.
Məşqlər artıq sürətlə gedir və tamaşaçıları çox maraqlı bir şey gözləyir!