Введите слова для поиска

İran qambi̇ti̇

Qambit (italyanca) – badalaq.

“…Xalq Cəbhəsinin liderləri birdən-birə Şimali və Cənubi Azərbaycanın vahid dövlət şəklində birləşdirilməsi planları ilə çıxış etməyə başladılar. Xalq Cəbhəsinin azərbaycanlıların məskunlaşdığı iki ərazinin birləşdirilməsi barədə bu arzusu mahiyyət etibarilə Ermənistanın Dağlıq Qarabağ barəsində iddialarından heç nə ilə fərqlənmirdi. İkrah hissi doğuran bu məntiq bizə artıq tanış idi: əgər həm burada, həm də orada ermənilər yaşayırsa, deməli bu əraziləri birləşdirmək lazımdır. Əgər həm orada, həm də burada azərbaycanlılar yaşayırsa, deməli bu əraziləri də birləşdirmək lazımdır. Qəribədir ki, istər Ermənistan, istərsə də Xalq Cəbhəsi birləşdirilməsi nəzərdə tutulan ərazilərin daxil olduğu suveren ölkələrin fikri ilə əsla maraqlanmırdı. Qeyd etmək lazımdır ki, bu iki subyektin eyni bir problemə yanaşmasında fərq aşkar nəzərə çarpırdı. Parçalanmaqda olan imperiyanın bütün ərazisində yaranmış hakimiyyətsizlik şəraiti Ermənistanın öz niyyətinə çatması üçün tarixi şans idi və o, necə deyərlər, qollarını çırmalayaraq bu şansdan istifadə edirdi. Qonşularının müharibəyə hazır olmadıqlarını yaxşı bilən Ermənistan diasporun maliyyə yardımına və hərbi köməyinə güvənərək heç bir xəbərdarlıq etmədən, gərəksiz sözlərə vaxt sərf etmədən həmin qonşuların üzərinə hücuma keçmişdi.

Elə həmin dövrdə Cənubi və Şimali Azərbaycanı birləşdirmək barədə Xalq Cəbhəsi liderlərinin dəfələrlə bəyan etdiyi “vətənpərvər” arzular isə havayı, mənasız sözlərdən başqa bir şey deyildi. Ona görə ki, bu iki ölkənin – Azərbaycanla İranın tarixən yaranmış qüvvələr nisbətinin ölçüyəgəlməz dərəcədə qeyri-bərabər idi və bu səbəbdən, həmin dövrdə Azərbaycan İran ərazisinin bir hissəsini ondan ayırmağın mümkünlüyünü heç xəyalına da gətirə bilməzdi. Bu sanballı mülahizəyə əlavə olaraq onu da qeyd etməliyik ki, həmin dövrdə ölkəmiz Ermənistanla müharibədə daim geri çəkilməklə müdafiə mövqeyi tuturdu.