Введите слова для поиска

Mərkəzimizin qonaqları istedadlı artist və musiqiçilər oldu

Mərkəzimizin qonaqları istedadlı artist və musiqiçilər oldu

Mərkəzimizin qonaqları istedadlı artist və musiqiçilər oldu

Dünən bizim qonaqlarımız istedadlı artist və musiqiçi – Marinski Dənizkənarı Teatr səhnəsinin baş baletmeysteri Eldar Əliyev, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əyyub Quliyev və bəstəkar Cəmil Əmirov olmuşdur. Onları istedad və incəsənətə məhəbbət birləşdirib. Belə ki, onlar ötən ilin avqustunda baş tutmuş “Min bir gecə” baletinin yeni quruluşunda olan premyerasını hazırlayıblar.

Bu məşhur baletə musiqisini Cəmil bəyin atası bəstəkar Fikrət Əmirov bəstələyib. Eldar Əliyev baletin yeni quruluşunu qoyub. Eyyub Quliyev isə dirijorluq edib.Baletin librettosu isə Maqsud və Rüstəm İbrahimbəyovlara məxsusdur. Bir sözlə, çox rəmzi haldır ki, bütün bu insanlar bizim mərkəzdə toplaşıblar.

Bu gözəl görüşə görə, sağ olun!