Введите слова для поиска

Mühüm mövzu ətrafinda bəzi̇ düşüncələr

Siz məşhur altmışıncıların ən parlaq təmsilçilə-rindən birisiniz. Onlarınsa əksəriyyəti sovet ideologiyasına qarşı çıxırdı. Siz necə, müxalifətdə olmusunuzmu?

Belə demək o qədər də düzgün deyil, əzizim Lalə. O dövrdə əhalinin bütün təbəqələrindən olanların əksəriyyəti çəpik çalıb “ura” qışqırır və pərəstiş obyektlərinə sədaqət dolu nəzərlərlə baxırdılar. Hakim ideologiyaya qarşı açıq müxa-lifətdə duranları barmaqla saymaq olardı və nəhəng ölkə belələrinin acı taleyindən, əsas etibarilə, xarici radiostan-siyaların verilişlərindən xəbər tuturdu. İndi bir də görürsən mətbuatda, televiziyada kimlərsə çıxış edir və o zaman kommunist rejiminə qarşı necə cəsarətlə mübarizə apardıqları barədə aludəliklə danışırlar. İnanmayın! O başqa məsələ ki, həmin dövrdə öz əqidəsi olan insanlar vardı, onların sayı da çox deyildi və bu adamlar hər cür şəraitdə yalnız özlərinin mənəvi-əxlaqi prinsiplərinə uyğun hərəkət edirdilər. O cür yaşamaq asan deyildi və bu, çoxlarına müyəssər olmurdu. Bəlkə nədənsə sizin gözünüzdən düşəcəyəm, ancaq mən heç vaxt sovet hakimiyyətinə qarşı müxalifətdə olmamışam.

Lakin hamıya bəllidir ki, sizin üçün qanqaraldıcı məqamlar olub. Bir vaxtlar hətta əsərlərinizi çap etməyi belə dayandırmışdılar. Yaradıcı ziyalıların başqa təmsilçilərinin də adları bəllidir ki…