Введите слова для поиска

“Qara paltarlı qadın”

“Qara paltarlı qadın”

“Qara paltarlı qadın”

@teaspress.az:

TEAS Press Nəşriyyat evi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdnində fəaliyyət göstərən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi və Origin Book Clubun əməkdaşlığı ilə Azərbaycanın Xalq yazıçısı, dramaturq, ssenarist, publisist Maqsud İbrahimbəyovun “Qara Paltarlı Qadın” kitabının müzakirəsi baş tutdu.

Maqsud İbrahimbəyov Yaradıcılıq mərkəzində 3 saatdan artıq davam edən görüşdə 50-dən çox oxucu iştirak etdi. Müəllifin həyat yoldaşı Anna İbrahimbəyova tədbiri açıq elan etdikdən sonra Maqsud İbrahimbəyov haqqında hazırlanmış videoçarx nümayiş etdirildi. Anna İbrahimbəyova oxuculara kitabın ərsəyə gəlmə prosesi və romanın yazılma tarixi ilə bağlı ətraflı məlumat verdi. Tədbir iştirakçıları da kitab haqqında öz təəssüratlarını bölüşdülər, müəllifin həyat yoldaşına suallar ünvanladılar. Daha sonra Maqsud İbrahimbəyov Yaradıcılıq mərkəzinə ekskursiya etdilər.

Tədbirin sonunda müzakirə iştirakçıları ilə xatirə fotosu çəkildi.