Введите слова для поиска

“Qara Paltarlı Qadın” əsərinin müzakirəsi

“Qara Paltarlı Qadın” əsərinin müzakirəsi

“Qara Paltarlı Qadın” əsərinin müzakirəsi

@murmursstories: Maqsud bəy Azərbaycan xalqının dəyəridir. Onun yaradıcılığı hər bir azərbaycanlı bilməli, oxumalı və oxutdurmalıdır. Dİ’VAN layihəsinin növbəti görüşü Maqsud bəyin #qarapaltarlıqadın əsəri müzakirəsi üçün keçirilmişdir. Maqsud bəyin həyat yoldaşı hörmətli və dəyərli Anna xanım görüşdə iştirak etmiş, oxucuların suallarını cavablandırıb, kitabları imzalamışdır.

Əsərdə protoqonist Cavanşir obrazı idealist, inqilabi düşüncələrə malik, sanki Mirzə Fətəli Axundzadənin və ya Cəlil Məmmədquluzadənin qələmindən çıxmışdır.

Bəzi səhnələrin qaranlıq qalması oxucunun öz fikirlərini və sonluqlarını irəli sürməyə imkan yaradır.

Maqsud bəy, dövrün tələbindən yayınaraq komunist və idealist obrazlar yerinə sadə, kəndli və yaxşılıq üçün yaşayan azərbaycanlıları qələmə alırdı.

Mən bu kitabı, iki il öncə 44 günlük müharibə ərzində oxuyurdum. Və kitabın sonuna “bu kitabı yenidən oxuyanda Şuşa azad olması diləyi ilə” qeyd etmişdim. Bu gün Şuşa azaddır! Qarabağ Azərbaycandır!

Bizi mərkəzə qonaq edən Anna xanıma və görüşdə iştirak edən, Azərbaycan ədəbiyyatını sevən, sevdirən, oxuyan və oxudan əziz iştirakçılarımıza təşəkkür edirəm!