Введите слова для поиска

Qəzəbli Dovşan

Maqsud İbrahimbəyov

QƏZƏBLİ DOVŞAN

Tərcüməçi: Əyyub Qiyas

Dovşan qapqara idi. Əvvəllər gördüyüm digər dovşanlardan başqa heç nə ilə fərqlənmirdi. Damarları görünən uzun qulaqları, çəhrayı gözləri və quyruq əvəzinə bir topa tükü vardı. Nədənsə bu dovşanın adını “Məftil” qoymuşdular. Mustik onu dəsmala büküb gətirəndə dedi. Dovşan küçədəki səs-küydən ürkməsin deyə onu dəsmala bükmüşdü. Üstəlik, Mustik onu da əlavə etdi ki, özünə qalsa, heç vaxt bu dovşanı mənə verməzdi, ancaq nənəsi şərt qoyub, deyib, evdə ya dovşan qalacaq, ya da o və Mustik. O da mehriban, qoca nənəsini seçib.

Dovşan bir müddət evin ortasında oturdu, sonra hoppana-hopana gedib çarpayının altında gizləndi. Mustik əvvəlcədən demişdi, qorxaq dovşan olduğunu bilirdim və çalışırdım, evdə onun yanında ucadan danışmayam. Mustikdən soruşdum, dovşana yeməyə nə verə bilərəm, dedi, soğanla sarımsaqdan başqa istənilən meyvə-tərəvəzi vermək olar.

Mustik gedəndən sonra aydın oldu ki, dovşan, doğrudan da, qorxaqdır və adının nə olmasının ona ümumiyyətlə dəxli yoxdur, çünki “Məftil” deyib onu çağırsam da, mənə əhəmiyyət vermədi, yerkökü yedirtmək üçün məcbur olub çarpayının altına girəndə isə oradan çıxıb hoppana-hoppana kitab dolabının arxasında gizləndi.

Читать далее