Введите слова для поиска

“Qoy o, bizimlə qalsın” kitabının təqdimatı oldu

“Qoy o, bizimlə qalsın” kitabının təqdimatı oldu

“Qoy o, bizimlə qalsın” kitabının təqdimatı oldu

Fevralın 28-də BKM-də Maqsud İbrahimbəyov Mərkəzinin Maksud Ibragimbekov Centre / Центр Максуда Ибрагимбекова dəstəyi ilə xalq yazıçısı M. İbrahimbəyovun Аzərbaycan, ingilis və rus dillərində yenidən nəşr olunmuş “Qoy o, bizimlə qalsın” toplusunun təqdimatı keçirilib. Qeyd edək ki, kitabın ön sözünü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yazıb. Qonaqları salamlayan Mərkəzin direktoru G. Rzayeva çıxışında vurğulayıb ki, rus dilində yazdığına baxmayaraq, M. İbrahimbəyov çox milli yazıçıdır. Axşamı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova aparıb. Qonaqlara M. İbrahimbəyov Yaradıcılıq Mərkəzi haqqında video çarx göstərilib.Jurnalist Nadejda İsmaylova, xalq yazıçısı Anar, Filologiya üzrə elmlər doktoru Fəridə Səfiyeva, SSRİ xalq artisti, pianoçu, Fərhad Bədəlbəyli, rəssam Orxan Qarayev M. İbrahimbəyov yaradıcılığından danışıb, xatirələri ilə bölüşüblər.Tədbir çərçivəsində rəssam Orxan Qarayevin rəsm əsərləri də nümayiş olunub. Həmçinin, Mədəniyyət və İncəsənət Universitetin tələbələri professor F. Səfiyevanın rəhbərliyi ilə M. İbrahimbəyovun əsəri əsasında qurulmuş kiçik səhnəcik göstərib. Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin, eləcə də pianoçu Vusal Aydemirov və tarzən Ibrahim Babayev -in ifasında lirik kompozisiyalar səslənib. Qeyd edək ki, kitabların satışından əldə ediləcək gəlir NARGIS FUND -una yönəldiləcək.