Введите слова для поиска

“Qoy o bizimlə qalsın” kitabının təqdimatı

“Qoy o bizimlə qalsın” kitabının təqdimatı

“Qoy o bizimlə qalsın” kitabının təqdimatı

Bizim bir çoxumuz üçün Maqsud İbrahimbəyovun “Bütün yaxşılıqlara görə- ölüm” və “Qoy o bizimlə qalsın” kimi povestləri, hələ uşaq ikən yaddaşa ömürlük yazılan və unudulmaz təsir yaradan əsərlərin sırasına daxildir. İndi isə siz özünüz yeni nəşrdə öz uşaqlarınıza kitabi yenidən oxuya və onları gözəl illüstrasiyaları ilə tanış edə bilərsiniz.

Bizim Mərkəz Tərəfindən nəşr olunmuş rus, azərbaycan və ingilis dillərində bu kitabın təqdimat mərasimində, təhsil naziri Ceyhun Bayramov, kitabın ön sözünü yazan Leyla Əliyeva, xalq yazıçısı Anar və başqa yaradıcı ziyalıların nümayəndələri iştirak etmişdir.

Təqdimatda “Qoy o bizimlə qalsın” povesti əsasında professor Fəridə Safiyevanın rəhbərliyi altında mədəniyyət və incəsənət Universitetinin aktyorluq fakültəsinin tələbələrinin ifasında etüd nümayiş olunub .

Həmincinin təqdimat gecəsində Maksud İbrahimbəyovun Mərkəzinin işinə həsr olunmuş yeni rəsmi bir sayt təqdim edildi. Sizi sayta keçməyə dəvət edirik: www.maksudibragimbekov.az